Biznes mərkəzlərinin müasir standartlarına cavab verən Bakı Ağ Şəhər Ofis Binası böyük müəssisələrin seçiminə çevrilir. Ötən həftə burada "Deloitte" şirkətinin yeni ofisinin təqdimatı baş tutdu. Ofis müasir biznes interyerlərin standartlarına cavab verir və açıq planlı ofis (open space office) kimi layihələndirilib. Burada həmçinin Xəzər dənizinə görüntüsü olan geniş terrasa da mövcuddur.
Təqdimatda səfirlər və hökumət rəsmiləri, beynəlxalq və yerli işgüzar dairələrin rəhbərləri iştirak ediblər. Açılış mərasimində "Deloitte" şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimov çıxış edərək, ofisin açılmasında dəstəyi olanlara təşəkkürünü bildirdi. Qonaqlar Bakı Ağ Şəhər layihəsi ilə tanış olublar - layihənin tarixi, ekoloji prinsipləri barədə məlumat alıb, eləcə də burada olan memarlıq üslublarının müxtəlifliyini seyr ediblər.
"Deloitte" şirkəti 120 nəfərdən çox işçi sayına malik konsaltinq və audit sahəsində xidmət göstərən aparıcı beynəlxalq şirkətlərdən biridir və Azərbaycanda 15 ildir fəaliyyət göstərir.